Modern.az

Ombudsmana büdcədən veriləcək pulun məbləği DƏYİŞMƏDİ

Ombudsmana büdcədən veriləcək pulun məbləği DƏYİŞMƏDİ

Aktual

2 Dekabr 2016, 11:45

2017-ci ildə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) fəaliyyətinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.

Modern.az-ın xəbərinə görə, bu barədə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi maliyyə naziri Samir Şərifov danışıb.

Nazir bildirib ki, gələn il Ombudsmanın fəaliyyətinin maliyyə təminatı üçün dövlət büdcəsindən 1,9 milyon manat vəsait ayrılacaq.

Xatırladaq ki, 2016-cı ildə də Ombudsman Aparatının fəaliyyətinə 1,9 milyon manat ayrılmışdı.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok