Modern.az

Polis generalı təqaüdə göndərilib

Polis generalı təqaüdə göndərilib

Aktual

18 Fevral 2017, 22:50

Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.  Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. DİN-dən faktı təsdiqləyiblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var