Sumqayıt şəhərində yanğın qeydə alınıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumu sahəsi 120 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m² və dam örtüyü 40 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az