Bu gün Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin iki otağın yanar konstruksiyaları və ev əşyaları 35 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın nəticəsində 1 nəfər üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mirmahmud KAZIMOĞLU