Neftçalada bədbəxt hadisə baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun 2-ci Mayak kəndi ərazisində qeydə alınıb.
Sakinlərin bildirdiyinə görə, hələlik adı məlum olmayan bir nəfər şəxs lilsovuran gəminin altına düşüb. Həmin şəxsin çıxarılması istiqamətində işlər aparılır.
Modern.az