Sankt-Peterburq şəhər metrosunda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə vilayətin vitse-qubernatoru Anna Mityanina deyib. Onun sözlərinə görə 1960-cı il təvəllüdlü qadın müalicə aldığı xəstəxanada keçinib.
Terror hadisəsi aprelin 3-də “Sennaya ploşad” və “Texnoloji institut” stansiyalarının arasında baş vermişdi.
Vüqar İSMAYILOV