Modern.az

Bakıda BMW 4 nəfəri vurdu, 1-i öldü

Bakıda BMW 4 nəfəri vurdu, 1-i öldü

Aktual

26 Aprel 2017, 12:16

Aprelin 25-də saat 8 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinlərini vurub.

Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, “BMW”nin vurduğu piyadalar Rafiq Rzayev, Dəyanət Ağazadə, qardaşı İlham və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılova olub.

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok