Avropa Şurasının Parlament Assambleyasının sədri Pedro Aqramunt növbəti sanskiya ilə üzləşib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, AŞPA-nın bürosu Aqramunta təşkilat adından xarici ölkələrə səfər etmək və bəyanatlar verməyi qadağan edib. Rəsmi qərarda bu addım sədrin etibarını itirdiyi üçün atıldığı qeyd olunub.
Pedro Aqramunt 2016-cı ilin yanvarından AŞPA-nın sədridir. Reqlamentə əsasən. O yalnız öz istəyi ilə istefa verə bilər.
Vüqar İSMAYILOV