Modern.az

Uşaqlara qarşı zorakılığa görə qanun sərtləşdiriləcək

Uşaqlara qarşı zorakılığa görə qanun sərtləşdiriləcək

7 İyul 2017, 12:04

“Uşaqların sağlamlığına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə olunacaq.

 

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib.

Komitə sədri bildirib ki, bu barədə təklif Prezident İlham Əliyevdən Nazirlər Kabinetinə daxil olub.

 

“ Hesab edirəm ki, yaxın vaxtlarda Nazirlər Kabinetindən həmin qanun layihəsi Milli Məclisə daxil olacaq”.

 

Aqiyə Naxçıvanlı payız sessiyasında uşaqlara qarşı zorakılıqlarla bağlı bir çox qanunlar sərtləşdiriləcək.

“Çünki son vaxtlar uşaqlara qarşı zorakılıq hallarının sayı artır. Düşünürəm ki, bununla bağlı bir çox qanunların sərtləşdirilməsinə ehtiyac var”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok