Erməni mənşəli argentinalı biznesmen Eduardo Ernekyan “Ermənistanın Milli Qəhrəmanı” adını alıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müvafiq sərəncam Ermənistanın müstəqillik günü ilə bağlı verilib.
Bununla yanaşı, separatçı Qarabağ rejiminin keçmiş rəhbəri Arkadi Qukasyan da “Tiqran Mets” medalı alıb.