Modern.az

Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidor geri qaytarıldı

Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidor geri qaytarıldı

Aktual

20 Oktyabr 2017, 23:29

Rusiyanın Dağıstan Respublikası üzrə Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İdarəsi Azərbaycandan gətirilən 33 ton pomidorun ölkəyə girişinə icazə verməyib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.

Mənbəyə görə, məhsulun saxlanılmasına səbəb fitosanitar sertifikatda məlumatın tam dolğun olmamasıdır.

“Yükün sahibi “Bitkilərin karantini haqqında” Federal Qanunu pozub və buna görə də, cərimə şəklində inzibati cəza tətbiq edilib. Bütün idxal edilən məhsul geriyə - ixracatçı ölkəyə qaytarılıb”, - idarədən bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir