Modern.az

Roma Papasından yeni QADAĞA

Roma Papasından yeni QADAĞA

24 Noyabr 2017, 16:24

Son zamanlar radikal qərarları ilə ön plana çıxan Katolik dünyasının ruhani lideri Papa Fransesko kilsələrdə ayin zamanı söhbət etməyə və selfi çəkməyə qadağa qoyub.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Roma Papası kilsənin əyləncə yeri olmadığını deyib:

 

“Kilsədə səssizliyin olması lazımdır, söhbət etmək olmaz.  Son zamanlarda kilsələrdə din adamları da özçəkim (selfi) edir. “Selfi” çəkimləri ətrafdakıların diqqətini dağıdır. Ətrafdakıları narahat edəcək hərəkətlərdən uzaqlaşmaq lazımdır”.

 

Xarici media bu xəbərləri verərkən Papa Franseskonun Vatikanda tez-tez inanclılarla və heyranları ilə selfilərinin  görüntülərə yer verib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək