Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə olunduğu xəstəliklərin sayının artlırılması, hepatit B və hepatit C-nin də müayinəsi icbari olan xəstəliklərin siyahısına daxil edilməsi təklif edilib.
Modern.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin bugünkü iclasında çıxış edib.
M.Quliyev bununla bağlı Ailə Məcəlləsinə dəyişikliklərin edilməsi təklifi səsələndirib:
“Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Təklif edərdim ki, hepatit B və hepatit C xəstəliklərinin də müayinə paketinə daxil etmək üçün Ailə Məcələsinə dəyişiklik edək”.