Modern.az

Türkiyə yeni əməliyyata hazırlaşır - "Dəclə qalxanı"

Türkiyə yeni əməliyyata hazırlaşır -

Aktual

22 Mart 2018, 11:49

İraqın şimalında Sincar şəhərində PKK terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələrinin (SQ) hazırladığı yeni hərbi əmliyyatın "Dəclə qalxanı" adlanacağı bildirilib.

 

Modern.az xəbər verir ki, bu haqda Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən məlumat yayıb. 

 

Məlumata görə, hazırda Türkiyə SQ bu əməliyyata hazırlıq işləri aparır.

 

Hərbi əməliyyatın başlanacağı vaxt barədə dəqiq məlumat verilmir.

 

Qeyd edək ki, daha öncə ölkə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə SQ-nin PKK terror təşkilatına qarşı mübarizə məqsədilə İraqın Sincar şəhərinə daxil ola biləcəyi barədə bəyan etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok