Milli Məclis və Nazirlər Kabinetinin bəzi maşınları satışa çıxarılır.
Modern.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi 8 may tarixində Nazirlər Kabineti və Milli Məclisin satmaq istədiyi avtomobillərlə bağlı auksion təşkil edəcək.
NK hərraca özəlləşdirmə üçün iki BMV-730 markalı avtomobil təqdim edib. 2006-cı ilin avtomobillərinin ilkin start qiyməti 28.000 və 24.500 manatdır.
Milli Məclisin auksionda satmaq istədiyi "Nissan Maksima” markalı avtomobili isə cəmi 4.230 manatdır.