Ukraynanın Xarkov şəhərində 24 yaşlı Azərbaycan vətəndaşı həbs olunub.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, gənc azərbaycanlı internetdə tanışlıq saytı yaradaraq qadınlara fahişəliyə cəlb etməkdə ittiham olunur.
Azərbaycan vətəndaşı pul müqabilində Türkiyə vətəndaşlarını Xarkova gətirərək onlara mehmanxana və kirayə evlərdə fahişələrlə görüş təşkil edib.
Faktla bağlı “sutenyor” gənci 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.