Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov iyunun 8-də Hafiz Yaqubovun ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, Vasif Talıbovun digər sərəncamına əsasən, Mayis Əliyev Naxçıvanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Qeyd edək ki, M.Əliyev bundan əvvəl həmin nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.