22 iyun 2018-ci il, saat 18:30-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçiriləcək.
Modern.az xəbər verir ki, mərasim “Bulvar Hotel”in “Tağıyev” zalında təşkil olunacaq.
Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq televiziyanız vasitəsilə işıqlandırılmasını xahiş edirik.