Modern.az

Sumqayıtda oğul 82 yaşlı atasını döydü

Sumqayıtda oğul 82 yaşlı atasını döydü

Aktual

21 Avqust 2018, 20:28

Sumqayıt şəhərində 82 yaşlı kişi oğlu tərəfindən döyülüb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsinin "Beton zavod" adlanan ərazisində qeydə alınıb.

 

Belə ki, Sumqayıt şəhər sakini, 1936-cı il təvəllüdlü Mahmud Müslüm oğlu Məmmədov öz oğlu tərəfindən döyülüb. Xəstəxanaya çatdırılan yaşlı kişinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var