Modern.az

Qusarda sərxoş qəssab yıxılıb öldü

Qusarda sərxoş qəssab yıxılıb öldü

Aktual

13 Noyabr 2018, 22:43

Qusarda sərxoş şəxs yıxılıb ölüb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, Qusar rayonunda yaşayan Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Balaşov Rasim Əbulferzoviçin meyiti yaşadığı evdən tapılıb.

 

Müəyyən edilib ki, Qusar rayon bazarında qəssab işləyən R.Balaşov axşam saatlarında alkoqol qəbul edərək sərxoş vəziyyətdə evinin pilləkənindən yıxılıb və başı beton döşəməyə dəyib. Nəticədə o, hadisə yerində ölüb.

 

Meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok