Bu gün Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür.
Modern.az xəbər verir ki, Gültəkin Məlik qızı Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olub. O, peşəkar həkim kimi 1992-ci il aprelin 4-də könüllü olaraq cəbhəyə gedib, Turşsu, Şuşa, Laçın, Qubadlı və digər yerlərdə əsgərlərə tibbi yardım göstərib, onlarla insanın həyatını xilas edib. 1992-ci il iyunun 20-də Aranzəmin-Naxçıvanik istiqamətində gedən döyüşdə həlak olub.
1993-cü il noyabrın 20-də Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Oxuduğu 200 saylı məktəb, Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, Bakı şəhəri Nərimanov rayonunda büstü qoyulub.