Modern.az

Ombudsmandan şagird və tələbələrlə bağlı önəmli TƏKLİF

Ombudsmandan şagird və tələbələrlə bağlı önəmli TƏKLİF

1 Mart 2019, 15:00

Ombudsman Elmira Süleymanova Azərbaycanda aztəminatlı ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsini təklif edir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman)  2018-ci ilin illik məruzəsində qeyd edilib.

 

Sənəddə göstərilib ki, orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmunundan aşağı olan ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadəsi üzrə mexanizm hazırlanmalı tətbiq edilməlidir.

 

Ombudsmanın  2018-ci ilin illik məruzəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir