Füzuli rayonunda yük qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.