Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Pekində görüşəcək.
Bu haqda Modern.az TASS-a istinadən xəbər verir.
Məlumata görə, prezidentlər aprelin 26-da Pekində görüşəcəklər.
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov bildirib ki, görüşdə ikitərəfli əlaqələr və digər beynəlxalq məsələlərlə bağlı dialoq aparılacaq.
Qeyd edək ki, aprelin 26-27-də Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” forumu keçiriləcək.