"Zəlzələdə zərərçəkmiş evlər əksəriyyəti fiziki köhnəlməyə məruz qalmış evlərdir və artıq istismar müddəti başa çatıb".
Modern.az xəbər verir ki, bu sözləri Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov deyib.
Eyni zamanda Ağsu Rayon icra başçısı Ənvər Seyidəliyev deyib ki, Ağsuda zəlzələdən zərər çəkmiş evlərin yerində tikilən evlər əsaslı şəkildə bütün texniki parametrlərə cavab verir:
“Fövqəladə Hallar Nazirliyi tərəfindən bütün tikintilərə nəzarət olunur və zəlzələyə davamlı evlər tikilir" .