Modern.az

Qoşqar Təhməzli:Məhsullarımız Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur"

Qoşqar Təhməzli: “Məhsullarımız Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur

Aktual

17 May 2019, 14:22

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Dövlət Turizm Agentliyi ilə birgə yay mövsümü ilə əlaqədar istirahət zonalarında qida təhlükəsizliyinə nəzarət tədbirləri həyata keçirir.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, istehlakçıların sağlam qida ilə təmin olunması üçün Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən istirahət zonaları nəzarətə götürülüb. 

Q.Təhməzli qeyd edib ki, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılması üçün mövcud olan standartlar beynəlxalq standartlara uyğundur:


“Azərbaycanın bitkiçilik məhsullarının ixracı Avropa bazarlarına geniş vüsət alıb. Bu sahədə Azərbaycanın verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır. Məhsullarımız Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok