Modern.az

Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı

Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı

19 İyul 2019, 18:02

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddi artırılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə  Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Dəyişikliklə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddi 76-dan 77-yə qaldırılıb.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir