Afrika Millətlər Kubokunun qalibi məlum olub.
Modern.az xəbər verir ki, Misirdə təşkil olunan tunirin həlledici matçında Seneqal və Əlcəzair yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Matçda yeganə qolu 2-ci dəqiqədə Əlcəzair millisinin hücumçusu Bunecah vurub və komandasına qələbə qazandırıb.
Qeyd edək ki, Əlcəzair 2-ci dəfədir bu kuboku qazanır. Şimali afrikalılar 1990-cı ildə də qitə çempionu olub.