Şəmkirdə oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 28-də rayon sakini V. Qələndərova məxsus 5 500 manat pulu cibindən oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A .Musayeva və A. Abbasov saxlanılıb.