Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 13-14-də Tailandın Çianqmay şəhərində səfərdə olacaq.
TürkPA Katibliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti ATƏT-in “Regional əməkdaşlıq vasitəsilə təhlükəsizliyin gücləndirilməsi” mövzusunda keçiriləcək 2012-ci il Tailand Konfransında iştirak edəcək.
R.Həsənovun konfransda “Asiyada təhlükəsizlik problemləri” mövzusunda çıxış edəcəyi, bir sıra ölkələrin səfirləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.