Azərbaycan Ordusu daha bir əsgərini itirib.
APA-nın məlumatına görə, hadisə bu gün Müdafiə Nazirliyinin Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Milli Ordunun kiçik çavuşu, 1992-ci il təvəllüdlü Kamran Coşqun oğlu Hacıyev tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, K. Hacıyev Gəncə Şəhər Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Modern.az