Bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq.
Bu barədə Modern.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu zaman “Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.