ABŞ-da təlim zamanı 3 hərbi qulluqçu həlak olub.
Modern.az-ın xarici mediaya istinadən xəbər verir ki, hadisə Corciya ştatında keçirilən təlim zamanı baş verib.
Hadisə nəticəsində ölkənin üç hərbi qulluqçusu həlak olub, üç nəfər yaralanıb.
Faciənin təlim meydanında Fort Stüartdakı 3-cü piyada diviziyasının 1-ci Zirehli Briqadasının təlimlərində iştirak edən Bradley zirehli texnikasının uğradığı qəza nəticəsində baş verdiyi bildirilir.
Hərbiçilərin ölümü yerindəcə müəyyənləşdirilib, zərərçəkənlər xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar hazırda istintaq aparılır.