"Mediada səsləndirilən fikirlər doğrudur. "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz"a borcu var".
Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında "Azəristiliktəchizat" ASC sədrinin müavini İlham Mirzəliyev söyləyib.
O qeyd edib ki, bu təbii haldır:
"Biz belə bir borcun olmasını bilirik və etiraf edirik. Aradan qaldırmaq üçün bütün addımlar atılır. Borcun vətəndaşlara qarşı heç bir problemi olmayacaq".