Modern.az

Yevlaxda toydan qayıdanlar qəzaya düşdü: yaralılar var

Yevlaxda toydan qayıdanlar qəzaya düşdü: yaralılar var

Aktual

2 Dekabr 2019, 21:13

Yevlaxda ağır  avtomobil qəzası olub. 

 

Modern.az-ın Bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Balçılı kəndi yaxınlığında baş verib.

"VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqqması nəticəsində üç nəfər xəsarət alıb.

 

Yaralılar - Yevlax sakinləri, 1987-ci il təvəllüdlü Oqtay Talıbov, 1992-ci il təvəllüdlü Teymur İsmayılov və 1992-ci il təvəllüdlü Xəyal Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, avtomobildə olanlar toy məclisindən qayıdırmış. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!