Modern.az

Çingiz Qənizadə təbliğat və təşviqat kampaniyasına start verdi - FOTOLAR

Çingiz Qənizadə təbliğat və təşviqat kampaniyasına start verdi - FOTOLAR

17 Yanvar 2020, 13:35

80 saylı İmişli-Beyləqan seçki dairəsindən olan namizədlərin seçicilərlə görüşü başlayıb.

 

Modern.az xəbər verir ki, artıq həmin dairədən deputatlığa namizəd, beşinci çağrıış Milli Məclisin üzvü  Çingiz Qənizadə bu gün İmişli rayonunun Qaragüvənlikli kəndi və Bəhramtəpə qəsəbəsində  seçiciləri ilə bir araya gəlib.

 

Görüş zamanı Çingiz Qənizadə özü və fəaliyyəti barədə məlumat verib.

 

Daha sonra çıxış edən kənd sakinləri, deputat olduğu dövrdə o kəndə göstərdiyi diqqət və qayğısı, ərizə və şikayətlərə verdiyi cavabı, ərizə və şikayətlər nəticəsində onlara edilmiş köməkliklər barədə  ayrı-ayrılıqda Çingiz Qənizadəyə öz təşəkkürlərini bildiriblər və növbəti seçkilərdə də ona səs verəcəklərini deyiblər.

 

Görüşün sonunda Çingiz Qənizadə  şikayət və sözü olan seçicilərini fərdi qaydada qəbul edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək