24 saylı Nizami Birinci Seçki Dairəsindən deputatlığa namizəd olan BDU-nun professoru Nəsiman Yaqublu bu ərazidə seçki kampaniyasını uğurla davam etdirir.
Modern.az xəbər verir ki, hər gün insanlarla təmasda olan N.Yaqubluya gənclər ciddi dəstək olur və təbliğat aparırlar. Onlar N.Yaqublu ilə birgə seçicilərlə görüşür, onun Azərbaycan xalqının tarixinin öyrənilməsində və yaşadılması sahəsində olan xidmətlərindən danışırlar. N.Yaqublu isə seçicilərin problemlərini öyrənir, qeyd edir və onların həllinə kömək edəcəyini bildirir. N.Yaqublu insanlarla dəstə halında və fərdi görüşmək taktikasını daha effektli sayır.