Modern.az

Nazirlər Kabinetində 4 şöbənin müdir vəzifəsi bu şəxslərə həvalə olundu

Nazirlər Kabinetində 4 şöbənin müdir vəzifəsi bu şəxslərə həvalə olundu

Aktual

29 Yanvar 2020, 11:12

Baş Nazir Əli Əsədovun sərəncamları ilə Nazirlər Kabineti Aparatında dörd şöbənin müdiri vəzifəsinin həvalə edildiyi şəxslər məlum olub.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, Nazirlər Kabineti Aparatında Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinin icrası Ərəstün Həbibbəyliyə, Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri vəzifəsi Musa Pənahova, Hüquq və qanunvericilik şöbəsinin müdiri vəzifəsi Xalid Qasımlıya həvalə olunub.

 

Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi isə Bəhruz Məmmədova həvalə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?