Modern.az

Qax seçiciləri: “Səsimizi Azər Kərimliyə verəcəyik” - FOTOLAR

Qax seçiciləri: “Səsimizi Azər Kərimliyə verəcəyik” - FOTOLAR

Aktual

4 Fevral 2020, 10:57

112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər Kərimli  seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Qax rayonun qədim İlisu,  Ağçay, Əlibəyli, Alatəmir və Marsan  kəndlərinin seçiciləri ilə bir araya gəlib.

 

Görüş zamanı Azər Kərimli ölkə başçısının həyata keçirtdiyi işlərdən, aparılan uğurlu islahatlardan danışıb. Bildirib ki, cənab prezidentin uğurlu kadr islahatları insanların daha yaxşı yaşamasına hesablanıb.

 

Kənd insanları bəzi problemləri deputatlığa namizədin diqqətinə çatdırıb. Azər Kərimli seçiciləri ilə görüş zamanı səslənən məsələləri deputat seçiləndən sonra bir daha aidiyyatı qurumlar qarşısında qaldrıacağına söz verib.

 

Sonda hər bir kəndin seçicisi fevralın 9-da  Azər Kərimliyə səs verəcəklərini xüsusi qeyd edibər.

 

“Səsimizi Azər Kərimliyə verəcəyik”-deyə bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et