Milli Məclisin növbəti plenar iclası keçirilir. Modern.az-ın məlumatına görə, gündəliyə daxil olan məsələlərdən biri Hesablama Palatasının hesabatı ilə bağlıdır.
Hesablama Palatasının hesabatını qurumun sədri Heydər Əsədov verib.Deputatlar
H.Əsədov Hesablama Palatasının 2011-ci ilin iş planına uyğun olaraq ayrı-ayrı dövlət qurumlarında apardığı audit yoxlamalar və onların nəticələri barədə danışıb.
Hesablama Palatasının 2011-ci ilə dair hesabatını dinlədikdən sonra onu müzakirə ediblər.
Millət vəkillərinin çıxışları yekunlaşandan sonra Heydər Əsədov qaldırılan məsələlərə münasibət bildirib. Sonda hesabat səsə qoyularaq qəbul olunub.
Modern.az