Modern.az

Zahid Oruc təbliğat-təşviqat kampaniyasını yekunlaşdırır- Hesabat yaydı - FOTOLAR

Zahid Oruc təbliğat-təşviqat kampaniyasını yekunlaşdırır- Hesabat yaydı - FOTOLAR

Aktual

6 Fevral 2020, 16:36
94 saylı Bərdə kənd seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizəd Zahid Oruc təşviqat dönəmində uğurlu seçki kampaniyası aparıb. Zahid Orucun rəsmi “Facebook” və “İnstagram” səhifələri təbliğata start verilən gündən aktiv şəkildə fəaliyyət göstərib. Zahid Orucun kəndlərdəki bütün görüşlərindən fotolar, videolar daim səhifələrdə paylaşılıb. Həmçinin, səhifədə müxtəlif “kəpslər” və səs yazılarının paylaşılması ilə Zahid Oruc sosial və onlayn mediada çox fərqli və güclü kampaniya aparmış olub.
 
 
Zahid Orucun seçicilərinə paylamaq üçün dərc etdirdiyi xüsusi buraxılış (12 səhifədən ibarət olan qəzet) görüşdüyü bütün seçicilərə paylanıb. Qəzetdə həm Zahid Ourucun millət vəkili olduğu illərdə Parlament tribunasından qaldırdığı məsələlər və fəaliyyətinə həsr olunan hesabat, həm 2020-ci ildəki növbədənkənar seçkilər üçün platforması, həm onun bütün işləri, həm də Zahid Orucu tanıyan müxtəlif insanların, seçicilərin onunla bağlı fikirləri yer alıb ki, bu da özlüyündə onun seçki kampaniyasını bütün proses iştirakçılarından daha fərqli edib.
 

 
Təbliğata ilk start verilən gün Zahid Oruc Zahid Oruc təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun ən böyük kəndlərindən biri - 32-lərdə sakinlərlə görüş keçirib. 300-dən artıq seçicinin iştirak etdiyi görüşə Hacıəhmədli, Bayramlı, Vəliuşağı kəndlərinin sakinləri də qatılıb. O, ilk növbədə 4 ildə görülən işlərdən bəhs edərək, hesabat verib. Millət vəkili hesabatında 32-lər – Xanqaraqoyunlu kənd orta məktəbinin təmirindən, kəndlərin mavi qazla təmin olunmasından danışıb. Bərdənin bu bölgəsinin suya olan böyük ehtiyacını qarşılamaq üçün artezian quyularının qazılmasının və ərazinin su təmin olunmasını nəzərə çatdırıb. Bütün görülən işlər və verilən hesabat də əhali tərəfdən çox böyük rəğbətlə qarşılanıb.
 
 
Təşviqatın sonrakı günlərində O, Mollaməmmədli kənd klubunda Mollaməmmədli, Sərkarlar, Gülgəzli, Mollaisalı və Kolayır kəndlərindən gəlmiş 120-dən çox sakin ilə görüşüb.
 
 
 
Daha sonra Zahid Oruc Bərdənin Mustafağalı və Arabaçılar kəndlərinin 100-ədək sakini ilə Mustafağalı kənd orta məktəbində görüş keçirib.
 
Görüşdə seçicilərin təklifləri dinlənilib, Zahid Oruc ötən dövrlərdə parlamentdəki fəaliyyətindən bəhs edib, insanlarla müzakirələr aparıb. Seçicilər ona fəaliyyəti ilə bağlı təşəkkür bildiriblər.
 
 
O, seçiciləri ilə bir-bir söhbət edərək onların problemləri ilə maraqlanıb, seçicilərin ona olan diqqətindən böyük məmnunluq keçirdiyini bildirib.
 
 
Təbliğatın ilk günlərində 94 saylı Bərdə kənd seçki dairəsindən Milli Məclisin üzvlüyünə bitərəf namizəd Toğrul Şahtaxtinski bu dairədən namizəd Zahid Orucun xeyrinə öz namizədliyini geri götürüb. O, bunun səbəbini Zahid Orucun seçki platformasındakı çağırışları dəstəkləməklə, onun Milli Məclisdə Bərdə kənd dairsini layiqli təmsil edəcəyinə inanmaqla izah edib. Toğrul Şahtaxtinski bundan sonra da Zahid Oruca dəstək olacağını bildirərək, seçkilərdə ona səs verəcəyini vurğulayıb.
Zahid Oruc Qaradırnaq kəndində Qaradırnaq, Hacılar, Hüseynalılar kənd sakinləri ilə görüşüb. Yüksək əhvalda baş tutan görüşdə 90 nəfər iştirak edib.
 
Görüşdə namizəd Zahid Oruc düşmənlə üz-üzə dayanan Bərdənin şəhidlərindən danışıb, göstərilən diqqətdən bəhs edib.
 
 
Zahid Oruc hər yaş kateqoriyasından olan insanlarla görüşüb, söhbət edib. İnsanların ona olan sevgisindən məmnunluq ifadə edib.
 
 
Zahid Oruc Xanərəb kənd klubunda Xanərəb, Əmirli, Şərifli kəndlərinin 100 sakini ilə görüşüb. O, Bərdə kəndlərinin əhalisi ilə görüşlərdən böyük zövq aldığını bildirib, insanların dərdləri və problemləri ilə maraqlanıb.
 
 
20 yanvar günü o, Bərdədə aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın ailələrini ziyarət edib. Onların problemləri ilə maraqlanan Zahid Oruc ailələrin sosial müdafiəsi, mənzil təminatı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıb, o, bundan sonra da onların yanında olmağı özünə borc bildiyini söyləyib.
 
 
Sonrakı günlərdə Zahid Oruc Şirvanlı, Uğurbəyli, Dəymədağıldı kənd sakinləri ilə bir araya gəlib. Yüzdən artıq seçicinin iştirak etdiyi toplantıda kənd ağsaqqalları namizədə ötən beşillikdə etdiyi xidmətə görə təşəkkür ediblər. Qarabağın qədim diyarı Bərdənin başdan-başa isti ocaqla təmin edilməsində müvafiq qurumlar qarşısında məsələ qaldıraraq vacib rol oynayan Z.Oruc digər problemləri də diskussiyaya çıxarıb.
 
Növbəti mərhələdə bütün köhnə məktəblərin yenilənməsi ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı barədə söz verilib.
 
 
O, Nazırlı və Qaratəpə kəndlərində olub. Yüzə qədər seçicinin iştirak etdiyi görüşdə kəndlərin elektrik xətlərinin yenilənməsi, yolların bərpası, Nazırlıda artezian quyusunun tikintisi kimi məsələlər müzakirə edilib. Millət vəkili öz təşəbbüsü ilə çıxış edərək, müvafiq idarələri məsələ ilə bağlı məlumatlandırıb və həllinə nail olmaq üçün addımlar atıb.
 
Zahid Oruc təbliğat prosesinə uyğun olaraq Mollalı, Yerliağalı və Məşədiibişli kəndlərindən gələn seçiciləri ilə görüşüb, seçicilər namizədə ötən beş ildəki fəaliyyətinə görə böyük təşəkkürlərini çatdırıblar.
 
Cari istəkləri, problemləri, qayğıları müzakirə edilib. Məşədiibişlidə yol təmiri və elektrik xətlərinin yenilənməsinə ehtiyac olduğu dilə gətirilib.
 
Z. Oruc bu məsələlərin həlli ilə bağlı dövlət proqramları kontekstində müvafiq işlərin görülə biləcəyini və bunun üçün vacib addımlar atacağını bildirib.
 
Zahid Oruc bir sıra kəndlərdə görüş keçirdikdən sonra Mollalıda milli qəhrəman Səfiyar Behbudovun məzarını ziyarət edib.
 
Kənd ictimaiyyətinin, Z. Orucun seçki qərargahının üzvlərinin də iştirak etdiyi ziyarətdə milli qəhrəman haqda dualar oxunub, iştirakçılardan bəziləri çıxış ediblər.
 
Bərdənin ən əhəmiyyətli kəndlərindən olan - Qazaxlar və Xəsili kəndləri 9 fevralda öz seçimlərini Zahid Orucdan yana edəcəklərini açıqlayıblar.
 
Görüşdə iştirak edən kənd ictimaiyyəti Zahid Oruca dəstəklərini verməklə yanaşı, onun vasitəsilə bir sıra məsələlərin həlli barədə fikir yürüdüblər.
 
Zahid Oruc Soğanverdilər kəndində də 80-nə yaxın seçici ilə görüşüb.
 
Seçicilərin təklifləri dinlənilib, geniş müzakirələr aparılıb. Qaz təminatına görə, məktəbə görə əhali dövlətə təşəkkür edib. Onlar seçimlərini tanıdıqları, bildikləri, yanlarında olan şəxsdən yana etdiklərini dilə gətiriblər.
 
Bəcirəvan kəndində dövlət siyasətinin yerlərdə daha yüksək səviyyədə həyata keçirilməsi və problemlərin həlli tapması səbəbilə sakinlər namizədə təşəkkürlər ediblər.
 
Zahid Oruc Bərdədə şəhid Aqşin Həsənovun ailəsinə baş çəkib. O, şəhidin ailə üzvləri ilə söhbət edib, qayğıları ilə maraqlanıb.
 
Kəşfiyyatçı, xüsusi təyinatlı hərbçi kimi şəhidin döyüş yolundan şərəflə bəhs edilib.
 
 
Sonrakı günlərdə Zahid Oruc Şahvəllər kəndində 110 seçici ilə görüşüb. Piyadalar kəndində seçiciləri ilə izdihamlı görüş keçirib.
 
Zahid Oruc Bərdə ağsaqqalları ilə görüşüb.
 
Görüşdə çıxış edən rayon ağsaqqallar şurasının sədri Yaşar Zamanov namizədə təşəkkür edib və bildirib ki, o, fəaliyyəti boyunca hər zaman Bərdənin səsini eşitdirib, müraciətlərini dinləyib, problemlərinin həlli üçün müvafiq idarələr qarşısında məsələlər qaldırıb.
 
Çıxış edən digər ağsaqqallar da 9 fevralda yekdil şəkildə Bərdə ağsaqqallarının Zahid Oruca səs verəcəklərini açıqlayıblar və ona uğur diləyiblər.
 
 
Daha sonra Bərdənin ən məşhur kəndlərindən biri - Ləmbərana baş çəkib. Kənd əhalisi ilə görüşdə ölkədə baş verən yeniliklər müzakirə edilib, kənd sakinləri namizədə ötən beş ildəki fəaliyyətinə görə təşəkkür ediblər.
 
Zahid Oruc ad gününə Bərdə İmamzadəsinin ziyarəti ilə başlayıb.
 
94 saylı seçki dairəsindən deputatlığa namizəd Zahid Oruc doğum günündə Bərdədə İmamzadə türbəsini ziyarət edib.
 
Ziyarətdə rayonun dəyərli ağsaqqallarından Akif Mehdiyev, Seyid Yusif ağa ocağının təmsilçisi Seyid Səbuhi, seçki qərargahının nümayəndəsi İlqar Kərimov da iştirak ediblər.
 
Ziyarət zamanı imamların ruhuna dualar oxunub, Azərbaycan dövləti, xalqı üçün ən xoş arzular dilənib.
 
 
Qeyd edək ki, Bərdə İmamzadə türbəsi - Bərdə şəhərinin mərkəzində yerləşən tarixi dini-memarlıq abidəsidir. Buradakı türbədə 5-ci imam Məhəmməd əl-Baqirin qız nəvəsi Şahzadə İsmayıl dəfn olunub.
 
Ad günündə gənclərlə birgə Bərdə Qəhrəmanlar Parkını ziyarət edib.
 
Onun gənc könüllülərlə birgə parkı ziyarət etməsi simvolik məna daşıyır. Məqsəd gəncləri tariximizlə, qəhrəmanlarımızla tanış etmək, tarixi varisliyi qorumaq, gələcək nəsillərə ötürməkdir.
Gənclər bu ziyarəti ruh yüksəkliyi ilə keçiriblər. Onlar Zahid Orucla tariximizlə, qəhrəmanlarımızla bağlı müxtəlif müzakirələr edib, fotolar çəkdiriblər.
 
Sonda parkın yuxarı tərəfində iri postament üzərində ucaldılan Ana heykəli abidəsi önünə güllər qoyulub.
 
Qəhrəmanlar Parkı Bərdədə Prezidenti İlham Əliyevin iştirakı ilə 2012-ci ildə açılıb. Parkda Ana abidəsindən sonra geniş meşə zolağı da salınıb. Həm bərdəlilər, həm də turistlər tərəfindən tez-tez ziyarət olunur.
 
 
Zahid Oruc Nazırlı kəndində el ağsaqqalı, 8 övladı, 30 nəvəsi olan Ağası Göyüşovun ailəsini ziyarət edib.
 
 
A.Göyüşov SSRİ dövründə uzun illər briqadir işləyib, çoxuşaqlı ailənin başçısı kimi övladlarının ev-eşik qurmasına, böyük əksəriyyətinin ali təhsil almasına nail olub.
 
 
Təbliğat kampaniyasi çərçivəsində sözügedən dairədən deputatlığa namizəd, “Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası”nın sədri İbrahim Tahir oğlu Məmmədov öz namizədliyini Zahid Orucun xeyrinə geri götürüb və tərəfdarlarını seçkilərdə ona səs verməyə çağırıb.
 
Keçmiş iddiaçı özünün də Zahid Orucun seçki komandasına qoşulacağını bildirib.
 
Sonrakı gün o, Xanağalı, Mehtili və Qaradəmirçi kəndlərinin əhalisi ilə görüşüb.
 
60-dan artıq seçicinin iştirak etdiyi görüşdə mövcud problemlər müzakirə edilib, içməli su, Mehtili kəndinə yeni məktəb, Qarabağ kanalından suvarma üçün yeni su nasosuna ehtiyac olduğu deyilib. Qazıqurdalı, Lək, Qaradəmirçi 1 və Qaradəmirçi 2 kəndinin sakinləri ilə bir araya gəlib.
 
70-dən artıq sakinlə görüşən namizəd onlardan yekdil dəstək alıb. Əliyanlı və Darğalar kənd sakinləri ilə görüş keçirib.
 
Zahid Oruc Bərdənin Xanxanımlı kəndində sakin Eyvaz Əliyevin evində kəndin zəhmətkeş adamları ilə səmimi görüş keçirib.
 
Ötən illər ərzində rayonun keçdiyi inkişaf yolu, baş verən dəyişikliklər, eləcə də kəndin təsərrüfat adamlarının problemlərindən bəhs olunub.
 
Su təminatı ilə bağlı problemlərin həll olunacağı təqdirdə münbit torpaqların əkin üçün tam yararlı vəziyyətə düşəcəyi və bunun pambıqçılıq da daxil bir çox sahədə məhsuldarlığa töhfə verəcəyi vurğulanıb.
 
 
Zahid Oruc seçki kampaniyası müddətində demək olar ki, 94 saylı seçki dairəsinin ərazisində məskunlaşan bütün seçiciləri ilə görüşüb, onları dinləyib, problemləri ilə maraqlanıb. Düşmənlə üz-üzə dayanan Qədim Bərdənin səsini yüksək, ali qanunverici orqandan eşitdirdiyi üçün namizəd seçicilərdən yekdil dəstək əldə edib.
 
 
Ümumilikdə aktiv seçki təbliğatı aparan Zahid Oruc bütün əhalini 9 fevraldakı seçkilərdə fəal olmağa səsləyib.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et