Modern.az

Bakıda marşrut avtobuslarında cibgirlik edən şəxs tutuldu

Bakıda marşrut avtobuslarında cibgirlik edən şəxs tutuldu

Aktual

13 Fevral 2020, 10:08

Bakıda oğurluğa görə saxlanılan şəxsin digər əməlləri üzə çıxıb.

 

Modern.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdar əsi Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları oğurluğa görə saxlanılan əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş 54 yaşlı Bakı sakini Elçin Novruzovun ətrafında əməliyyat tədbirləri aparıb.

 

Nəticədə onun yanvarın 26-da günorta saatlarında Bakıxanov qəsəbəsində 55 saylı marşrut avtobusunda 34 yaşlı Bakı şəhər sakini R.Niftəliyevanın çantasından 450 manat pulunu cibgirlik yolu ilə oğurladığı məlum olub.

Twitter
Sizə yeni tvit var
Keçid et