Modern.az

Qoşqar Təhməzlidən restoran, kafe, bar sahiblərinə MÜRACİƏT

Qoşqar Təhməzlidən restoran, kafe, bar sahiblərinə MÜRACİƏT

Aktual

13 Fevral 2020, 12:03

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli ictimai iaşə obyektlərindən narazılığını dilə gətirib. 

  

Modern.az xəbər verir ki, o, bu barədə ictimai iaşə obyektlərinə müraciət edib:

  

"Restoranlar, kafelər, barlar və digər iaşə obyektlərində qida standartları ilə bağlı problemlər mövcuddur. Mən həmin müəssisələrin sahiblərinə müraciət edirəm ki, qida məsələsində diqqətli olsunlar. Çünki bu gün insanların qidalanma üçün ən çox müraciət etdiyi obyektlər məhz bu cür iaşə obyektləridir. Odur ki, bu müəssisələrin üzərinə böyük məsuliyyət düşür".

Twitter
Sizə yeni tvit var
Keçid et