Modern.az

Koronavirus azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərib? - QMİ-dən açıqlama

Koronavirus azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərib? - QMİ-dən açıqlama

28 Fevral 2020, 11:45

Koronavirus təhlükəsi hələ ki azərbaycanlı zəvvarların Həcc ziyarətinə hər hansı təsir göstərməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Həcc ziyarətinə sənəd qəbulu davam edir. Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı artıq 170 nəfəri ötüb.

 

Qeyd edək ki, ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

 

Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir