Modern.az

Koronavirusa yoluxmuş xəstələrin vəziyyəti kafidir - Baş infeksionist 

Koronavirusa yoluxmuş xəstələrin vəziyyəti kafidir - Baş infeksionist 

Aktual

6 Mart 2020, 13:18

"Azərbaycanda koronavirus aşkarlanan xəstələrin vəziyyətində ağırlaşma yoxdur".

 

Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti (NK) yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

 

C.İsayev qeyd edib ki, xəstələrin vəziyyəti stabil olaraq qalır:

 

“Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Xəstəxana şəraitində lazımi bütün tibbi yardımlar edilir”.

 

Qeyd edək ki, Azərbaycanda 6 nəfərdə koronavirus aşkarlanıb. Ölkəmizdə  koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

 

Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

 

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs Qum şəhərindən gəlib və o da xəstəxanaya fevralın 26-da yerləşdirilib.

 

Virus aşkarlanan sonuncu üç şəxsdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et