Modern.az

"Yuventus" 121 əməkdaşını karantinə yolladı

Aktual

13 Mart 2020, 00:03

İtaliya "Yuventus"unun əməkdaşları könüllü karantinə yollanıb.

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qərar futbolçu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra qəbul olunub.

Ümumilikdə, 121 əməkdaş arasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalı və digər şəxslər yer alıb. Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.

Qeyd edək ki, İtaliyada koronavirusdan 1 000 nəfər ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?