Modern.az

ABŞ-da koronavirusdan ölənlərin sayı 2 mini ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 2 mini ötüb

Aktual

14 Mart 2020, 08:49

ABŞ-da koronavirusa yoluxanların sayı 2 mini ötüb, 47 nəfər dünyasını dəyişib. 

 

Modern.az bildirir ki, bu barədə “CNN” telekanalı federal və yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

 

Telekanalın məlumatına görə, ABŞ-da ümumilikdə 2033 yoluxma faktı qeydə alınıb. Daha əvvəl 70 xəstə Dövlət Departamentinin reysləri ilə ABŞ-a təxliyyə edilib.

 

Onlardan başqa, “CNN” 48 ştat və Kolumbiya şəhər dairəsində əlavə 1963 yoluxma faktı barədə də xəbər verib. Azı 47 nəfər dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?