“Sosial şəbəkələr təxribat sayıılacaq məlumatlarla, lağlağılarla doludur”.
Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirlən iclasında çıxış edən deputat Erkin Qədirli deyib. Onun sözlərinə görə, hökumət sosial şəbəkələrə uduzub:
“Hesab edirəm ki, yalana qarşı həqiqətlə çıxmaq lazımdır. Yeri gəlmişkən, beynəlxalq səviyyədə də uduzuruq. Parlamentin öz televiziya kanalı olmalıdır. İnsanların əksəriyyətinin komitələrin fəaliyyətindən, iclasından xəbəri yoxdur”.