Modern.az

İlham Əliyev Daxili İşlər Nazirliyinə əlavə səlahiyyət verdi

İlham Əliyev Daxili İşlər Nazirliyinə əlavə səlahiyyət verdi

Aktual

19 Mart 2020, 17:12

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb. 

 

Modern.az xəbər verir ki, Qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Fərmana əsasən, bu sahədə inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et