“6 aprel tarixində 142- Çağrı Mərkəzinə 4804 zəng daxil olub, onlardan 4758-i cavablandırılıb”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, 24 mart tarixindən 6 aprelə kimi Çağrı Mərkəzinə ümumilikdə 47 685 zəng daxil olub:
“Cavablandırılan zənglərin sayı 46 395-dir. Müraciətlərin 9%-i yaşı 65-dən yuxarı olan vətəndaşlara evdə sosial xidmətlərin göstərilməsi ilə bağlıdır.
Hazırda 142 – Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərməkdə davam edir”.